XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2016 - 17:59

Dolları “qara bazar”a kim daşıyır? –Ekspertlərin cavabı

dollar

Deputat Vahid Əhmədov Milli Məclisdə 2017-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı deyib ki,  "Qara bazar” la bağlı məsələ həllini tapmasa maliyyə bazarında çox ciddi fəsadlar yaranacaq.

“Bu gün Azərbaycanda dolların qara bazarı haradan yaranır? Qara bazara külli miqdarda dollar hardan gəlir? Kimlərin əli ilə daxil olur ?”

Iqtisadçı ekspert Natiq Cəfərli iddia edir ki, qara bazara dollar banklar vasitəsilə daxil olur. Onun sözlərinə görə, külli miqdarda valyutanın başqa yerlərdən qara bazara daxil olması mümkün deyil. (Azadlıq radiosu)

Ekspert deyir ki, hüquq mühafizə orqanları istəsələr çox asan şəkildə bunun qarşısını ala bilər. Natiq Cəfərlinin bildirir ki, görünür, həm bankların, həm də hüquq-mühafizə orqanlarının bu məsələdə marağı var ki, bunun qarşısı alınmır.

Ekspert hesab edir ki, qara bazarın aradan qaldırılması üçün yenidən valyutadəyişmə məntəqələrinin işini bərpa etmək lazımdır.

Digər ekspert Vüqar Bayramov deyir ki, onların araşdırmalarına görə bəzi banklar qara bazarın fəaliyyət göstərməsində maraqlıdır – qara bazarın vasitəsi ilə bir sıra kommersiya bankları öz valyutalarının satışını həyata keçirirlər.

Ekspert deyir ki, problemin qaradan qaldırılması üçün Maliyyə Bazarına Nəzarət Palatası ciddi nəzarət həyata keçirməlidir. Onun fikrincə, hər hansı bir şəxsi həbs etməklə qara bazarı aradan qaldırmaq mümkün deyil. Ekpert bildirir ki, qara bazarı aradan qaldırmaq üçün Palata bankların gündəlik monitorinqini həyata keçirməlidir.

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov da iddia edir ki, bu qədər valyuta ancaq bank sistemində ola bilər. Onun sözlərinə görə qara bazara da valyuta birbaşa banklardan və bank sahiblərindən gəlir.

Ekspert deyir ki, istisna etmək olmaz ki, bu qədər valyutanı ya Neft Fondu, ya da Mərkəzi bank özü çıxarır. Ancaq Əkrəm Həsənov bunun real ola biləcəyini düşünmür.