XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2016 - 09:34

Manat türk lirəsinə qarşı 2% ucuzlaşıb –Bu günə olan rəsmi məzənnə

manat

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 7-si ilə müqayisədə dəyişməyərək 1,7369 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,49% möhkəmlənərək 1,8716 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,11% bahalaşaraq 0,0274 manata çatıb.
Türkiyə lirəsinin məzənnəsi 2% möhkəmlənərək 0,5134 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1974 manatdır. Beləliklə, funt sterlinqin 0,1%-lik azalması baş verib.
Gürcüstan larisinin məzənnəsi isə 0,19% ucuzlaşaraq 0,6772 manat olub.