XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2016 - 20:10

Beynəlxalq Bankın rəhbərliyində dəyişikliklər aparılıb –Toplantı

beynelxalq-bank

"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti rəhbərliyində dəyişiklik aparılıb.

Bankdan bildirilib ki, dekabrın 8-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının növbədənkənar toplantısı keçirilib:

"Toplantıda Bankın Müşahidə Şurasının qərarı ilə Elmar Məmmədov İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Xalid Nurəddin oğlu Əhədov Bankın İdarə Heyətinin üzvü seçilib. Eyni zamanda, İdarə Heyətinin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə olunub".

Məlumatda qeyd olunub ki, X.Əhədov bank sahəsində 1999-cu ildən çalışır: "O, “Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinin müavini, “Unibank” ASC-nin icraçı direktoru olub. Son təyinata qədər “Azər-Türk Bank” ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini icra edib.

Report