XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

09 Dekabr 2016 - 10:43

İş adamından şok iddia:"Akif Çovdarov həbsdə olsa da, hələ də ondan qorxurlar"-VİDEO

Asif Əsədullazadə: “Oğlum Türkel bir təhrikin qurbanı olaraq həbsə düşdü”

asif-6

“Arko” MMC ilə “Badu Kubə” arasında uzun illərə dayanan qalmaqal davam edir. Torpaq və tikinti üstündə başlayan bu qalmaqalın tarixi 2005-ci ildən başlayır. “Arko” MMC-nin sahibi Asif Əsədullazadə bina tikintisi üçün qanuni icazə alsa da, bir müddət sonra tək bu işi başa vura bilməyəcəyini görüb “Badu Kubə” MTK ilə müqavilə bağlayır. Müqaviləyə görə, “Badu Kubə” MTK evi tikməli, bunun qarşılığında Asif Əsədullazadəyə həm 8.000 kvadrat metr mənzil, həm də qeyri-yaşayış yeri verməli idi.

2007-2008-ci ilə qədər işlər yolunda gedərkən, Ədalət Qəmbərov adlı bir adam “Badu Kubə” MTK-ya sədr keçir və anlaşılmazlıq da buradan başlayır. O zamandan davam edən narazılıq əvvəlcə xırda mübahisələrə, zamanla isə düşmənçiliyə çevrilir. Dünya malı münasibətləri o həddə gətirir ki, iş adamı Asif Əsədullazadənin oğlu üzərinə gələn insanlarla silah dilində danışır və nəticədə Ədalət Qəmbərovun adamlarından biri dünyasını dəyişir. Türkel həbs və məhkum olunur.

Bununla yetinməyən və hüquqlarının tapdalandığını hesab edən “Arko” MMC sədri Asif Əsədullayev hüquq mübarizəsini davam etdirir. Onun sözlərinə görə, indiyə qədər bu işlə bağlı 157 qərardad, qətnamə, qərar var. Bu işi tamam ötür-ötür oyununa çeviriblər. Məhkəmə orqanlarında, hüquq mühafizə orqanlarında baş verənlərdən danışan iş adamının naləsi adamı çox düşündürür.

Bundan sonrasını Asif Əsədullayevin dilindən dinləyək. Eyni hakimin eyni işi müxtəlif illərdə müxtəlif cür qiymətləndirməsindən cinayət faktının baş verməsinə qədər hər şeyi özü “Haqqı Tapdalananlar” rubrikamızda danışıb. Sonunda cəmiyyətə haray da edib. Bu haray aidiyyatı dövlət orqanlarını da düşündürməli və görəvə səsləməlidir.

Asif Əsədullayevin iddiasına görə, bütün bu ədalətsizliklərin arxasında Akif Çovdarov dayanır. O, həbsdə olsa da, hələ də ondan qorxanlar var. Etiraf etmək lazımdır ki, bu iddia çox qorxuncdur və araşdırılmalıdır.

Asif Əsədullayev yazı-müsahibədə bir neçə ad çəkib. Xüsusi olaraq qeyd edirik ki, adı çəkilən hər kəsin münasibətini dərc etməyə hazırıq.

 

 

Strateq.az