XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

09 Dekabr 2016 - 15:23

Sahibkarlara 157 milyon manat güzəştli kredit verildi –Nazirlikdən açıqlama

manat

Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Şamaxı rayonunun Mədrəsə qəsəbəsində keçirib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, forumda 80-ə yaxın sahibkar iştirak edib.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev bu il fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2 400-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 157 mln. manatdan çox güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 7 700-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

Qeyd edilib ki, ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1850-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 67,7 mln. manat güzəştli kredit verilib.

İşgüzar forumda Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 30 sahibkara 262 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, arıçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 40-dan çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Şamaxı rayonunda güzəştli kredit ayrılmış müasir heyvandarlıq kompleksinə və iri fermer təsərrüfatına baxış keçirilib. Ümumilikdə, indiyədək 23 müasir heyvandarlıq kompleksinin yaradılmasına 100 milyon manatdan çox güzəştli kredit verilib. Artıq təsərrüfatlardan 19-u istifadəyə verilib. Bu təsərrüfatlarda istehsal olunan yüksək keyfiyyətli süd bu sahədə tələbatın ödənilməsində əhəmiyyətli rol oynayır.