XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

09 Dekabr 2016 - 19:44

Kənd Təsərrüfatı Nazirliyi qrant layihəsinə 500 min dollar ayıracaq –Rəsmən açıqlandı

 Kend-tesserufati-naziri

Kənd Təsərrüfatı Nazirliyi “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində aqrobiznes dəyər zəncirlərinə qrant ayıracaq. 

Nazirlikdən verilən məlumata görə, məqsəd ölkədə aqrobiznes dəyər zəncirlərinə müsbət nümunələrin yaradılmasını təmin etməkdir. 

“Tarladan süfrəyə” prinsipli dəyər zəncirlərinin yaradılması istehsalçı, emalçı və tədarükçüləri bir araya gətirməklə mövcud zəncirin hər hansı halqasında yaranmış problemi aradan qaldırmağa xidmət edəcək. Pilot dəyər zəncirlərinin formalaşdırılması məqsədilə bir sıra addımlar atılıb. Son 6 ayda ölkə üzrə məlumatlandırma kampaniyası aparılıb, dəyər zənciri yarada biləcək fermer və sahibkarlar bir araya gətirilib, onlarla birgə görüşlər keçirilib və tərəflərə dəyər zənciri formalaşdırmaq üçün layihə hazırlamaqda yardım göstərilib. Bu layihələr qiymətləndirildikdən sonra seçilmiş 20 dəyər zənciri layihəsinə qrant ayrılacaq. Qrantlar ayrı-ayrı fərdlər, sahibkarlar deyil, bütöv bir dəyər zənciri üzrə veriləcək. Bir qrantın maksimal məbləği bir dəyər zənciri üzrə 500 min ABŞ dollarıdır" – məlumatda bildirilib.

“Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” Dünya Bankı ilə Azərbaycan hökuməti arasında bağlanmış kredit sazişinə əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir.

Layihə ərzaq mallarının təhlükəsizliyi üzrə milli strategiya və bacarıqların artırılması, bitki sağlamlığı və fitosanitar sistemin təkmilləşdirilməsi, heyvan sağlamlığı və baytarlıq xidmətləri, aqrobiznesin inkişafı üçün investisiya və məsləhət dəstəyi, toxum sektorunun inkişafı, aqrobiznesə maliyyə xidmətləri istiqamətində işlər görür. Son 1 ildə çərçivəsində aqrobiznesə 11 mln. manatdan artıq kredit ayrılıb. Bu kreditlər innovativliyi və inkişaf üçün əhəmiyyəti ilə fərqlənən layihələr təqdim etmiş 51 sahibkara verilib. 

Report