XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 March 2015 - 08:55

Volkswagen Kaluqada 600 işçini ixtisara saldı

Zavodda iş növbəsi 3-dən 2-ə endiriləcək

Сборка автомобилей на заводе немецкого концерна

Volkswagen konserni Kaluqa zavodunda 600 işçini ixtisara salıb və dördgünlük iş həftəsinə keçib.

Strateq.az Rusiya mətbuatına əsasən xəbər verir ki, yaxınlarda zavodda iş növbəsi 3-dən 2-ə endiriləcək.

” Volkswagen Group Rus” şirkətinin ictimain əlaqələr direktoru Nataliya Kostyukoviç bildirib: “Rusiyanın avtomobil bazarı zəif iqtisadiyyatın, qiymətlərin xeyli yüksəlməsini və yüksək faiz tariflərinin təsirini hiss etməkdə davam edib. Lap yaxın aylarda bu amillərin dəyişiləcəyini gözləmirik, buna görə də Volkswagen Group Rus şirkəti istehsalın uyğunlaşdırılması üzrə tədbirlər görməyə qərar verib”.

Qeyd edək ki, Kaluqadakı zavodun illik istehsal gücü 225 min avtomobil təşkil edir. Şirkət 2007-ci ilin noyabrından Rusiyada avtomobil istehsal etməyə başlayıb, zavodda 6 minə yaxın əməkdaş çalışır.