XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2016 - 21:17

Dövlət büdcəsinin ARDNF transfertlərindənasılılığı azaldılacaq

Azərbaycan dövlət büdcəsinin ARDNF-nin transfertlərindən asılılığının azaldılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir.

Qeyd olunur ki, bu gün dövlət sektorunda xərclənən hər ikinci manat (təqribən 50 faizi) ARDNF-dən edilən transfertlərin hesabına maliyyələşdirilir. Bu rəqəm 2025-ci ilə qədər 15 faizə endirilməlidir. ARDNF-nin transfert edəbiləcəyi məbləğ onun gəlirləri ilə, yəni neftin qiymətləri ilə sıx əlaqələndirilib.

Bu asılılıq Azərbaycan iqtisadiyyatına neft qiymətlərindəki dəyişikliklərin ciddi təsirinin əsas səbəblərindən biridir. İqtisadiyyatda özəl investisiyaların payını artırmaq üçün sabit artım tempinin olması çox vacibdir və dövlət büdcəsinin Neft Fondunun transfertlərindən daha az asılı olmasını tələb edir.