XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2016 - 13:14

OPEC baş katibi:"Üzv olmayan ölkələr hasilatı gündə 600 min bareldən çox azalda bilər"

Vyanada OPEC üzvü olan və təşkilata daxil olmayan neft hasil edən ölkələrin növbədənkənar iclası başlayıb. Bundan təşkilatın əsas görüşü olacaq.

"Report" xarici KİV-inə istinadən xəbər verir ki, iclasda əvvəl OPEC baş katibi Məhəmməd Barkindo təşkilata üzv olmayan ölkələrin hasilatı gündə 600 min bareldən çox azalda biləcəyini gözlədiyini bildirib.

Baş katib əsas görüş əsasında OPEC və müstəqil istehsalçılar arasında bəyannamə imzalanmasının gözlədiyini də sözlərinə əlavə edib. O, bu sənədi tarixi adlandırıb.

Qeyd edək ki, görüşdə Azərbaycan nümayəndə heyəti də iştirak edir.