XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2016 - 16:45

Gələn ildən Azərbaycanda vergi ödəyicilərinə “Facebook”, “Whatsapp” və “Skype” vasitəsi iləxidmət göstəriləcək

Vergilər Nazirliyi (VN) intizamlı vergi ödəyicilərinə "Yaşıl dəhliz" prinsipi əsasında ənənəvi xidmətlərlə yanaşı, informasiya kommunikasiya texnologiyalarının (İKT) son nailiyyətlərindən istifadə etməklə innovativ üsullu xidmətlər də göstərəcək.

"Report" "AzərTAc"a istinadən xəbər verir ki, bu barədə nazirliyin Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Ələkbər Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, belə innovativ üsullu xidmətlərdən biri partnyor ödəyici ilə videobağlantı xidməti olacaq. Videobağlantı nazirliyin internet saytı, "Facebook", "Skype", "Whatsapp" və İKT-nin digər imkanlarından istifadə etməklə aparıla bilər. 

Bundan başqa, VN yanında Çağrı Mərkəzində intizamlı ödəyicilərə üçün sürətli xidmətlərin göstərilməsi məqsədilə xüsusi ayrılmış xətdən istifadə imkanı yaradılacaq.