XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2016 - 17:12

OPEC üzvü ölkələr və təşkilata üzv olmayan neft istehsalçıları hasilatın azaldılması barədərazılıq əldə edib

OPEC üzvü ölkələr və təşkilata üzv olmayan neft istehsal edən dövlətlər neft hasilatını gündə 600 min bareldən çox azaltmaqla bağlı razılıq əldə edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qərar OPEC-in Vyanadakı mənzil-qərargahında keçirilən iclasda qəbul edilib.

Qeyd edək ki, iclasda Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Xatırladaq ki, daha əvvəl OPEC üzvü olan ölkələrin təşkilata daxil olmayan neft istehsalçılarının hasilatı gündə 600 barel azaldacağı şərti ilə 2017-ci ilin yanvar ayından istehsalı gündə 1,2 milyon barel azaltmaq üzrə razılığa gəldikləri xəbər verilmişdi.