“Ermənistan yeni iqtisadi birliyə girməyə heç cür hazır deyildi”
Ermənistan Mərkəzi bankının keçmiş sədri Baqrat Asatryan bu gün İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, “Avrasiya İqtisadi Birliyinə girəndən sonra Ermənistan şiddətlə böhrana doğru gedir”.
Strateq.az Ermənistan KİV-ə isnadən xəbər verir ki, o deyib: “Mən avrointeqrasiyanın ciddi tərəfdarıydım, bütün cəmiyyətimiz və siyasi qurumlar AB ilə assosiativ sazişin imzalanması uğrunda çıxış edirdi. Lakin Ermənistan prezidenti Serj Sərkisyan bildirdi ki, Avropa ilə “inteqrasiya olunduq, daha bəsdir, yeni birliyə girməyin” vaxtıdır. Ən dəhşətlisi budur ki, Ermənistan yeni iqtisadi birliyə girməyə heç cür hazır deyildi. Rəsmi İrəvan bu inteqrasiya proseslərinə hazır deyildi”.
MB-ın keçmiş sədri qeyd edib ki, Avrasiya iqtisadi sisteminin effekivliyinə son dərəcə şübhə edir və Ermənistan bu birliyə Rusyanın təzyiqi ilə daxil oldu: “Basqıyla nəyisə etdirmək olar, hətta sevməyə məcbur etmək olar, laki bu, yaxşı sevgi deyil. Bundan hamı əzab çəkə bilər. Hətta Rusiya kimi ehtiyatlarla zəngin bir ölkə də”.