XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 December 2016 - 17:19

 Türkiyə iqtisadiyyatında təlatüm –Təhlükəli proqnoz

kredit

 Türkiyə iqtisadiyyatı bu ilin III rübündə 1,8% kiçilib.

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə açıqlamanı Türkiyə Statistika İdarəsi (TÜİK) verib.

Beləliklə, Türkiyədə ÜDM-in həcmi 2009-cu ilin III rübündən etibarən ilk dəfə azalıb.

Qeyd edək ki, "Bloomberg" agentliyinin keçirdiyi sorğuya qatılan iqtisadçılar ÜDM-in 0,3% artacağını ehtimal edidirdilər. Xatırladaq ki, Türkiyə iqtisadiyyatı II rübdə 3,1% artım göstərib.

Xəbərin açıqlanmasından sonra Türkiyədə dolların məzənnəsi bu gün səhər saatlarında 3,47 səviyyəsindən 2%-ə yaxın artaraq 3,54 TRY/USD səviyyəsinə çatıb, lakin sonrada 3,52-yə enib. 

"Report"un analitik qrupu Türkiyə iqtisadiyyatı ilə bağlı mənfi xəbərin beynəlxalq reytinq agentliklərinə dövlətin kredit retytinqini azaltmasına səbəb ola biləcəyini ehtimal edir. Bu da öz növbəsində Türkiyənin daha çətin və yüksək faizlərlə borclanmasına səbəb olacaq.