XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Dekabr 2016 - 21:41

Vahid Ələkbərov:"Bu il "LUKoil"in mənfəəti 40% az olacaq"

vahid

Bu ilin sonuna Rusiyanın “LUKoil” neft şirkətinin mənfəətinin ötən illə müqayisədə 35-40% azalacağı gözlənilir.

Bu barədə şirkətin prezidenti Vahid Ələkbərov bildirib.

Onun sözlərinə görə, mənfəətin azalması neftin qiymətinin 2016-cı ildə illik müqayisədə təxminən iki dəfə az olması ilə əlaqədardır.

V.Ələkbərovun proqnozuna görə, 2017-ci ildə neftin bir barelinin qiyməti 40-50 dollar ətrafında olacaq, 2018-ci ildə isə 60 dollara qalxacaq. “LUKoil” prezidentinin qənaətincə, gələn il şirkətin gəlirləri neft sənayesində vergilərin artması ilə əlaqədar 40-50 mlrd. rubl azalacaq.

Report