XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

14 Dekabr 2016 - 13:27

Azərbaycanda sahibkarlar vəsaitlərin nağdlaşdırılmasına görəvergi ödəyəcək

Azərbaycanda hüquqi şəxs və fərdi sahibkarlar tərəfindən bank hesablarından vəsaitin nağdlaşdırılmasına bir faiz həcmində verginin tətbiq olunması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov bu gün Milli Məclisin İqtisadi məsələlər, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, bu, parlamentə təqdim olunmuş “Nağdsız hesablaşmalar haqqında” qanun layihəsində nəzərdə tutulub.