XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Dekabr 2016 - 14:55

Xarici ticarətdə 4 mlrd dollarlıqazalma

Bu ilin 10 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 17806,4 milyon ABŞ dolları olub. Bu, ötən ilin eyni dövründəkindən 17,8% (3 mlrd 872 mln 900 min dollar) azdır.

Turan-ın Dövlətstatkoma istinadən məlumatına görə, hesabat dövürndə ixracat 482 mln 900 min dollar (6,4%) azalaraq 6 mlrd 958 mln dollar olub.

İdxal isə 23,8% və ya 3 mlrd 390 mln dollar azalaraq 10 mlrd 848 mln 400 min dollar təşkil edib.

Bu ilin 10 ayında xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 mlrd 890 mln 400 min dollar olub. 2015-ci ilin eyni dövründə bu göstərici 6 mlrd 797 mln 500 min dollar idi.

Ümumən Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 105 ölkəyə məhsul ixrac olunub, 169 ölkədən idxal edilib.

Ticarət dövriyyəsinin 37,6 faizi Avropa İttifaqı ölkələri, 12,1 faizi MDB üzvü dövlətləri, 50,3 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.