XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2016 - 13:17

Mərkəzi Bankdan FED-in qərarına münasibət:“Bu qərarın manatın məzənnəsinə birbaşa təsiri yoxdur"

bank-merkez

ABŞ Federal Ehtiyat Sisteminin (FED) qəbul etdiyi son qərardan sonra dünya bazarlarında dolların məzənnəsinin bahalaşması ilə bağlı gözləntilər aktualdır.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib. (APA)

Məlumatda qeyd edilib ki, bu proseslərin ölkəmizin valyuta bazarına gözlənti kimi psixoloji təsirləri istisna olunmur: "Lakin, buna iqtisadi əsas yoxdur. Belə ki, hazırda ölkədə həyata keçirilən məzənnə rejiminə uyğun olaraq ABŞ dollarının manata nəzərən məzənnəsi valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır. Xarici valyuta bazarındakı tələb-təklif nisbəti isə əsasən tədiyə balansının vəziyyətindən, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi ilə yanaşı büdcə ehtiyacları üçün neft transferlərinin məbləğindən asılıdır. Ümumilikdə, ABŞ-ın FED-in faizlə bağlı qərarı qısamüddətli dövrdə adətən böyük həcmdə spekulyativ kapital daxilolmalarına malik olan ölkələrə təsir göstərir. Azərbaycan isə iri həcmli spekulyativ kapital daxilolmalarına malik ölkə olmadığından FED-in son qərarının təsiri ilə burada hər hansı qısamüddətli dəyişiklik gözlənilmir. O cümlədən, bu qərarın manatın məzənnəsinə birbaşa təsiri yoxdur".

Tənzimləyicidən o da bildirilib ki, Azərbaycan kimi ölkələrə FED-in qərarı orta və uzunmüddətli dövrdə təsir göstərə bilər: "Bu təsirləri qabaqlayıcı rejimdə tənzimləmək üçün Azərbaycan hökuməti və Mərkəzi Bankı adekvat makroiqtisadi sabitlik tədbirləri görür və bundan sonra da görəcək".