XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

15 Dekabr 2016 - 14:19

Bu il Azərbaycanda 37 milyon ton neft çıxarılıb –Hasilat azalıb

neft era

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 37 milyon 717,2 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 26 milyard 891,2 milyon kubmetr təbii qaz hasil olunub.

Həmin qazın 17 milyard 24,8 milyon kubmetrini əmtəəlik təbii qaz təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 11 ayda ölkədə neft hasilatı 1,5 faiz, qaz hasilatı isə 4,9 faiz azalıb. Cari ilin yanvar-noyabr aylarında Azərbaycanın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 18,8 milyard manat olmaqla 2015-ci ilin müvafiq dövrünə nisbətdə 0,8 faiz azalıb.