XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2016 - 15:30

“Azneft”in direktor müavini:“Havanın kəskin soyumasından xəbərdar idik”

socar

"Bu gün səhər saat 05.00 radələrində Xəzər dənizində əsən güclü külək nəticəsində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düsmüş neftçilərin axtarışı davam edir".

Bunu "Azneft” Istehsalat Birliyinin baş direktorun müavini Balamirzə Ağarəhimov bu günkü mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, hazırda 10 gəmi və 1 helikopterlə axtarışa cəlb olunubr: "1958-ci il təvəllüdlü Qafarov İlhamın cəsədi sudan çıxarılıb. Dekabr 12-dən havanın kəskin soyumasından xəbərdar idik və bəzi platformalardan neftçiləri təxliyyə etdik. Hasilatın davam etdirilmısi üçün vacib işçilərdən başqa işçi yox idi. Belə hallar üçün prosedur qaydalarımız var. Küləyin sürəti qaydaları belə aşıb".

Direktor müavini qeyd edib ki,   baş verən Neft Yığım Məntəqəsi 1978-ci ildə tikilib.  Avqust ayında sonuncu təmir olub. Bir neçə estakada təmir və tikinti işləri gedir.