XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2016 - 16:09

Maşın alan yoxdur –Ölkəyə avtomobil idxalı 5 dəfə azalıb

masin

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 4 820 ədəd avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya görə ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 20 827 ədəd avtomobil və ya 5,3 dəfə azalıb.

Ölkəyə gətirilən avtomobillərin 80 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 4 194 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 463 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 83 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.