XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2016 - 16:49

“ABŞ-ın istədiyi zaman neftin qiyməti qalxacaq…” –Sabiq maliyyə nazirindən şərh

fikret-yusif

"İki ilə yaxın idi ki, OPEK neftin qiymətlərinin artırılması məqsədilə onun hasilatını azaltmağa dair qərar qəbul etməyə ciddi cəhd göstərirdi. Hər dəfə kartel bu qərarı qəbul etməyə yaxın olsa da öncədən əldə edilmiş razılaşma müəmmalı bir şəkildə pozulurdu. Nəhayət ki, bu ilin noyabr ayının 30-da keçirilən son toplantıda OPEK neft hasilatının sutka ərzində 1,2 milyon barel azaldılmasına dair qərar qəbul edə bildi".

Strateq.az xəbər verir ki, bu sözləri sabiq maliyyə naziri, professor Fikrət Yusifov deyib.

Onun sözlərinə görə, bu qərardan sonrakı 10-12 gün ərzində dünya bazarlarında neftin qiymətləri 7-8% -ə qədər yüksəlib:

"Çoxları bundan sonra qiymətlərin qalxaraq 60-70 dollar arasında sabitləşəcəyini bildirsə də, biz bu qiymət artımına münasibət bildirərək, onun sadəcə OPEK-in son qərarının yaratdığı pisxoloji bir hal olduğunu yazdıq və eyni zamanda bildirdik ki, ABŞ bütün hallar üçün neftin qiymətlərinin artmasına yol verməyəcək. 

Dünən bizim dediklərimiz baş verdi. Baha dolların neftin qiymətlərinə mənfi təsiri aşkar bir məsələdir. ABŞ Federal Ehtiyatlar Sistemi OPEK-in bu qərarına cavab olaraq baza faiz dərəcəsini mövcud 0,25-0,5- dən 0,5-0,75 faizə yüksəltdi. Birləşmiş Ştatların Enerji Nazirliyi isə eyni gündə ölkənin neft ehtiyatlarının həcmi barəsində məlumatları dərc edərək bazardakı durumu kökündən dəyişə bildi. ABŞ-ın bir gün ərzində atdığı bu iki addımla dünya bazarlarında neftin qiymətləri 4 faiz ucuzlaşdı".

Fikrət Yusifov deyir ki, neftin qiymətləri ətrafında baş verən proseslərin siyasi motivlərlə idarə olunduğunu və OPEK-in hər hansı bir qərarının işləməyəcəyinə dair fikirlərini hələ bir il əvvəldən dilə gətirib: 

"Bir daha təkrar edirik, neftin qiymətləri neft hasil edən ölkələrin arzuladığı səviyyəyə yalnız ABŞ-ın bunu istədiyi zaman qalxacaq. ABŞ – Rusiya qarşıdurması müstəvisindən baxanda isə, bu məsələdə işıq ucu belə görünmür".