XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Dekabr 2016 - 19:10

ABŞ Dövlət Departamentinin rəsmisi:"Əsas məqsədimiz Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasıdır"

sahdeniz-2

"Biz Cənub Qaz Dəhlizi (SGC) layihəsini icra edərkən müxtəlif çətinliklərlə üzləşə bilərik. İtaliyadakı lokal səviyyədə olan həmin çətinlik də bu qəbildəndir". 

Bu fikirləri jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn bilidirib. 

Onun sözlərinə görə, problemin həlli üçün birgə səylər olmalıdır: "Bu problemi həll etmək üçün ABŞ, Avropa İttifaqı və digər iştirakçı ölkələr konsorsium şəklində çalışmalıdır".

ABŞ rəsmisi İranın SGC-də iştirakının mümkünlüyü ilə bağlı məsələyə də münasibət bildirib: "Əsas məqsədimiz SGC vasitəsilə "Şahdəniz" qazının Avropa bazarlarına çıxarılmasıdır".

Report