XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2016 - 11:57

Dollar niyə möhkəmlənir? –Səbəblər açıqlandı

Dollar

Bugünkü ticarət sessiyasında dolların indeksi 103 bənd səviyyəsində sabitləşib.

Ötən gün dolların indeksi 103,56 bənd səviyyəsində idi ki, bu da 14 illik maksimumdur.

Avronun dollara nisbətən məzənnəsində ciddi dəyişiklik yoxdur. Hazırda Avrozonanın vahid valyutası 1,0436 dollar səviyyəsində ticarət olunur. Halbuki, ötən gün avro 1,0366 dollar, yəni 2003-cü ilin yanvar ayından etibarən qeydə alınan ən aşağı səviyyəyə enib.

Böyük Britaniya funtu itkilərini bərpa etməkdədir. Krallıq valyutası 0,08% bahalaşaraq 1,2425 dollara çatıb. Bir gün öncə funtun dollara nisbətən məzənnəsi 1,2378 dollaradək ucuzlaşıb ki, bu da 3 həftəlik minimum hesab olunur.

Geridə qoyduğumuz həftə ərzində dollar Yaponiya yeninə qarşı 2,5% bahalaşıb. Donald Tramp ABŞ prezidenti seçildikdən sonra isə dollar yenə qarşı 11% möhkəmlənib. Xatırladaq ki, ötən gün dollar 118,66 yenə bərabər idisə, bugünkü ticarət sessiyasında bu rəqəm 118,09 səviyyəsində olub. Göründüyü kimi, dolların yenə nisbətən məzənnəsi 10,5 aylıq maksimum ətrafında qərarlaşıb.

Dolları bahalaşdıran başlıca amil Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən uçot dərəcəsinin 0,25% artırılması ilə bağlı verdiyi qərardır. Bununla yanaşı, FED rəsmiləri iki günlük iclasın ardınca bəyan edib ki, 2017-ci ildə uçot dərəcəsi 3 dəfə artırıla bilər.

FED verdiyi qərara reaksiya verən ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 2,6%-dən yuxarı qalxıb ki, bu da 2014-cü ilin sentyabr ayından etibarən ən yaxşı göstəricidir.

Daha bir maraqlı məqam odur ki, D. Tramp prezident seçildikdən sonra, yəni noyabrın 8-dən etibarən dollar möhkəmlənməkdədir. Yeni prezident bəyan edib ki, vergi yükünü azaldacaq, infrastruktura investisiyaları artıracaq.

APA