XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 December 2016 - 00:38

“Bu ilin sonlarına dolların rəsmi məzənnəsi 1.80 olacaq” –İqtisadçıdan proqnoz

samir eliyev-1

"Bu ilin sonlarına dolların rəsmi məzənnəsi 1.80 olacaq. Fövqəladə hal baş verməzsə, FED-in yeni qərarının hələlik manatın kəskin ucuzlaşmasına təsiri olmayacaq. Lakin sonrakı günlərdə, yəni gələn il manat əvvəlki kimi ucuzlaşmaqda davam edəcək”.

Bu barədə iqtisadçı ekspert Samir Əliyev bildirib.

Onun sözlərinə görə, manatın ucuzlaşması mütəmadi şəkildə davam edəcək:

“Çalışmaq lazımdır manat 2 manatdan çox ucuzlaşmasın. Mən gələn il 2015-ci ildəki kimi manatın 40 faiz ucuzlaşacağını düşünmürəm. Azərbaycanda manatın məzənnəsi həmişə dollara nisbətən müəyyən edilir. Rubl və digər valyutalar da dollara nisbətdə manatla mübarizə aparacaq. Hələlik digər valyutalar dollara nisbətən ucuzlaşır. Ola bilər ki, müəyyən valyutalar manata nisbətən də ucuzlaşsın”.

Ölkə.az