Tokio Fond Birjasında kotirovkalar cari ilin rekord həddinə çatıb. Bunun səbəbi kimi milli valyuta yenin aşağı məzənnəsi nəticəsində yapon ixracatçıların gəlirlərinin artması istiqamətində proqnozlar göstərilir.
Noyabrın 16-na olan nəticələrə görə, əsas orta indeks olan “Nikkey” 19401 bənd səviyyəsində qərarlaşıb. Bu, bir gün əvvəl qeydə alınan göstəricidən 127 bənd yuxarıdır.
Həmin gün ticari əməliyyatların ümumi həcmi 2 milyard 310 milyon səhm təşkil edib.
Birja mənbələrinin bildiridiyinə görə, səhmlərin qiyməti ABŞ Federal Ehtiyat Sistemi əsas faiz dərəcəsini artırdıqdan sonra da yuxarı həddə qalıb. Onlar deyiblər ki, investorlar getdikcə daha cəsarətli olmağa başlayıblar(azərtac).