XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Dekabr 2016 - 11:25

Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları üzrəhərrac keçiriləcək

Dekabrın 20-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən Azərtac-a bildiriblər ki, istiqrazların ümumi həcmi 10 milyon və 15 milyon manat, hər bir istiqrazın nominal dəyəri 200 manat, tədavül müddəti 364 və 182 gün, ödəmə tarixi gələn il dekabrın 19-u və iyunun 20-dir. "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.