XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

19 Dekabr 2016 - 11:37

“İnvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

invest

İnvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Amerika Federal Ehtiyat Sisteminin faiz dərəcəsini 0.50%-dən 0.75%-ə kimi artırması dolların dünya birjalarında qiymətinin daha da bahalaşması ilə yanaşı, EUR/USD məzənnəsinin də ucuzlaşmasına səbəb olur. 1.0367$-a kimi ucuzlaşan məzənnə bu səviyyənin altında qalarasa, eniş trendini 1.0106$-dək davam etdirə bilər. Eyni zamanda, bu həftənin cümə axşamı, Bakı vaxtı ilə saat 17:30-da Amerikanın 3-cü rüb üzrə iqtisadi inkişaf səviyyəsinin 3-cü, yekun hesablanması açıqlanacaq.

GBP

Dünya birjalarında funt/dollar cütlüyü qiymətinin də ucuzlaşdığının şahidi oluruq. Keçən həftə ərzində 1.2375$-a kimi ucuzlaşan GBP/USD məzənnəsi bu səviyyənin altında qalarsa, 1.2223$-a kimi də ucuzlaşa bilər. Bu həftənin cümə günü Bakı vaxtı ilə saat 13:30-da Böyük Britaniyanın 3-cü rüb üzrə iqtisadi inkişaf səviyyəsinin 3-cü, yekun hesablanmasının dərc edilməsi isə investorların diqqət mərkəzində olacaqdır.

TRY

Dollar/Lirə cütlüyü tarixi rekord səviyyəsini 3.59TL səviyyəsində yenilədikdən sonra ucuzlaşmağa başlayıb. Türkiyə hökümətinin iqtisadi islahatları gücləndirməsi və yüksək inflyasiyanın qismən azalması, USD/TRY məzənnəsinin bahalaşmasının da qismən qarşısını almışdır. Məzənnə üzrə yeni artım dalğası üçün önəmli səviyyə 3.60TL-dir. Lakin qiymət bu səviyyənin altında qaldıqca, bir müddət 3.55 və 3.45TL aralığında ticarət ediləcəyi proqnozlaşdırılır.

OIL

Avropanın Brent markalı neftinin bir barel qiymətinin 57$-a kimi dəyər qazanmasından sonra 53$-a kimi ucuzlaşmışdır. Lakin ucuzlaşma müvəqqəti qiymətləndirilir və qiymətin yenidən 57$-a kimi bahalaşması proqnozlaşdırılır.

GOLD

Digər əmtəə birjalarında isə qızılın qiyməti gözlənildiyi kimi ucuzlaşmaqda davam edir. Dünya birjalarında dolların bahalaşmas, qızılın dollara nisbətən qiymətinin də ucuzlaşmasına səbəb olur. Artıq 1123$-a (36.0 $/qram) kimi ucuzlaşan qızılın bir unsiya üzrə qiyməti əlavə olaraq 1114$ (35.7 $/qram) kimi də ucuzlaşa bilər.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.