XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Dekabr 2016 - 12:12

Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarının siyahısında niyə geriləyir? –Rəqəmlər

gurcustan

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 571 mln. 363,2 min ABŞ dolları təşkil edib.

Gürcüstan Statistika Xidmətinin açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 5,3% təşkil edir. (APA)

 Cari ilin 11 ayı ərzində Gürcüstandan Azərbaycana 131 mln. 174,5 min dollar məbləğində məhsul ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 100 mln. 625,1 min dollar və ya 43,41% azdır. Bu rəqəm Gürcüstanın ümumi xarici ticarətində ixracın 6,8%-ni təşkil edir.

 Hesabat dövründə Azərbaycandan Gürcüstana 440 mln. 188,7 min dollar dəyərində məhsul ixrac edilib. Bu rəqəm isə Gürcüstanın ümumi idxalının 4,9%-ni təşkil edir. 2015-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə isə bu rəqəm 50 mln. 127,3 min dollar və ya 10,22% azdır.

 Qeyd edək ki, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşları ölkələri arasında 6-cı yeri tutur. Bu ilin əvvəlində isə ölkəmiz Gürcüstanın əsas ticarət tərəfdaşları olan ölkələrinin siyahısında 3-cü yerdə idi.