XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2016 - 14:40

Tanınmış ekspert bahalaşmaya etiraz etdı və hökuməti ələ saldı:“Bir dəfə qalxan qiymət bir daha enməz!”

et

“Bayramqabağı Azərbaycanda bahalaşma ən pik həddə qalxacaq”.

Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. Hüquq müdafiəçisinin sözlərinə görə, bu gün azərbaycanlılar məcburi şəkildə ətdən imtina edir: “10 ildir ki, Azərbaycanda qara kürü deyilən şey yoxdur. Devalvasiyadan sonra Azərbaycanda bəzi məhsullar arxa plana keçməyə başlayıb. Çünki qiymətlər sürətlə bahalaşır. İnsanların bu məhsullara əlçatanlılığı azalır. Ümumilikdə, 2016-cı ildə Azərbaycan əhalisinin ət istehlakı kəskin olaraq aşağı düşüb. Buna adekvat olaraq da qiymətlər yüksəlib. Bu isə bazarda çox böyük defisit olmasından, inflyasiya səviyyəsinin yüksəlməsindən xəbər verir. Əlbəttə, ümumilikdə kalorili qidaların, ət və ət məhsullarının, balıqların qiymətində artım olduğundan vətəndaşlar bu məhsullara daha az müraciət edir. Bu gün əhali daha çox yerli kənd təsərrüfatı məhsullarına, yerli quş ətlərinə üstünlük verirlər. Bu gün Azərbaycan vətəndaşı balıqdan, ətdən könüllü yox, məcburi qaydada imtina edir. (modern.az)

 E.Hüseynov deyib ki, bahalaşma ilə bağlı hər gün istehlakçı şikayətləri qəbul edirlər: “Vətəndaşlar məhsulların birdən-birə niyə bu qədər bahalaşdığını bilmək istəyir. Hökumət orqanları bazarı tənzimləyə bilməz. Bazar özü qiymətləri tənzimləməlidir. Əhali günahın çoxunu hökumətdə görür. Hökumət qurumları  bolluq yaradılması üçün kənd təsərrüfatının inkişafında effektiv siyasət aparmalıdır. Hökumət bazara “niyə bu qiymətə satırsız” deyə diqtə edə bilməz. Təəssüf ki, hələ kənd təsərrüfatının siyasəti yarıtmazdır”.

 AİB sədri deyib ki, keçən illə müqayisədə bu il bayram məhsulları, xüsusilə çərəzlər, quru meyvələr 70 faiz baha satılacaq:“Həmin 70 fazilik bahalaşma isə enməyəcək. Çünki Azərbaycanda bir dəfə qalxan qiymətlər, bir daha enmir”.