XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2016 - 13:28

“Sumqayıtda 1 milyardlıq metallurgiya kompleksi tikiləcək” –Nazir açıqladı

sahin-2

"Sumqayıtda investisiya dəyəri 1 milyard avrodan çox olan metallurgiya kompleksi tikiləcək".

Strateq.az AzərTac-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev "Metallurgiya sənayesinin inkişafı: Yeni çağırışlar və hədəflər" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, tikinti işləri 3 ilə yekunlaşacaq. Tikinti zamanı 4 minə yaxın, tikintidən sonra isə 1200 nəfər işlə təmin olunacaq.

Ş.Mustafayev qeyd edib ki, yeni tikiləcək kompleksdə istehsal olunacaq məhsulların yarıdan çoxu ixracyönümlü olacaq. Bu məhsullar Azərbaycandakı tələbatı tam ödəyəcək. Həmçinin Sumqayıtda yerləşən peşə tədris məktəbi yüksək ixtisaslı kadrların hazırlanmasında bu işə cəlb olunacaq.