XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

20 Dekabr 2016 - 15:31

“Azərsu” ASC-nin 23 milyon vergi borcu var –Vergilər Nazirliyi açıqladı

Azersu

“Dövlət sektorunda vergi borcuna görə yaranmış faiz məbləğlərində əsasən “Azərsu” ASC-nin 20,8 milyon manat faiz borcu, 2,2 milyon manat isə maliyyə sanksiyası mövcuddur”.

bunu Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov dövlət sektorunda hansı qurunların faiz borcunun olması məsələsinə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, digər qruplar isə dövlət mülkiyyətində olan ayrı-ayrı ödəyicilər qrupuna aiddir:

“Faiz məbləğini Vergi Məcəlləsinə əsasən 1 il müddətinə faiz məbləği hesablanılır. Vergi ödəyicisinin özünün yaranmış cari vergisini Vergilər Məcəlləsi ilə nəzərədə tutulmuş müddətdə ödəmədikdə hər ötmüş günə 0,1 faiz məbləğində olmaqla, lakin 1 ildən çox olduğu təqdirdə faizlər hesablanır. Bununla da faizlərin, maliyyə sanksiyalarının ödənilməsi təmin olunur. Statik olaraq eyni qrup vergi ödəyicilərində vergi borcları qalmır. Burada dövlət sektorunu istisna edilir. Maliyyə sanksiyası 240-250 milyon manat civarında mövcuddur. Ümumi vergi borcları isə 1 dekabr vəziyyətinə 1 milyard 527 milyon manat təşkil edir. Bunun 904, 3 milyon manatı əsas vergi borcudur. 237,1 milyon manatı maliyyə sanksiyasıdır. 386,4 milyon manatı isə faiz borclarıdır”.

Qafqazinfo