XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 December 2016 - 16:14

Nazir:"Türkiyə və Azərbaycan güzəştli ticarət sazişi imzalayacaq"

Türkiyə və Azərbaycan güzəştli ticarət sazişi imzalayacaq.

Trend-in məlumatına görə, bu sözləri bu gün Bakıda keçirilən Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin altıncı iclası çərçivəsində jurnalistlərə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.

Onun sözlərinə görə, hazırda güzəştli məhsulların siyahısının hazırlanması üzrə işlər gedir.

N.Zeybekçi deyib ki, sazişin imzalanması 2017-ci ilin birinci yarısında keçirilməsi planlaşdırılan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası çərçivəsində gözlənilir.