XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2016 - 17:05

Asiya İnfrastruktur İnvestisiya Bankı TANAP-a600 milyon dolları kredit ayırdı

Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 milyon ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib.

Bu barədə bankın Pekindəki baş ofisindən məlumat verilib. AİİB-in vitse-prezidenti DJ Pandian deyib ki, Asiya ilə Avropa arasında enerji infrasturkturunun yenilənməsinə xidmət edən TANAP layihəsi Azərbaycan iqtisadiyyatını gücləndirməklə yanaşı, Avropanın, o cümlədən Türkiyənin enerji təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, kredit Azərbaycan hökumətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə ayrılıb.

Bununla AİİB-in cari ildə ayırdığı kreditin ümumi məbləği 1,73 milyard dollara çatıb(azərtac).