XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

22 Dekabr 2016 - 12:40

Nazirlər Kabinetinin sabiq müdiri:“1000 manatdan çox maaş alan məmurların əməkhaqqı artımı dondurulmalıdır”

 oqtay-haq

“Azərbaycanda maaşları 1000 manatdan yuxarı olan məmurların əməkhaqqı artımı dondurulmalıdır. Az alanların maaşları isə artırılmalıdır”

Strateq.az bildirir ki, bu sözləri “EXO” qəzetinə açıqlamasında Nazirlər Kabinetinin sabiq şöbə müdiri, ekspert Oqtay Haqverdiyev bildirib. Onun sözlərinə görə, son dəfə dövlət məmurlarının maaşı 3 il öncə artırılıb. İdarəetmə aparatında çalışanların hamısı yüksək maaş alırlar.

Ekspert Oqtay Haqverdiyev qəzetə deyib ki, büdcə qurumlarında, əsasən, müəllim və həkimlərin maaşları aşağıdır. Vaxtilə özünün də dövlət qulluğunda çalışdığını deyən ekspert bu sahədə maaşların necə olduğunu bildiyini vurğulayır.

Ekspert qeyd edir ki, iki devalvasiya nəticəsində maaşlar dollarla çox aşağı düşüb. Onun deməsinə görə, devalvasiyalara qədər Cənubi Qafqaz ölkələrində ən yüksək maaşlar məhz Azərbaycanda idi. İndi isə bunu söyləmək mümkün deyil.

Ekspert Milli Məclis üzvlərinin kifayət qədər yüksək maaş almalarına baxmayaraq, onların da maaşlarının qaldırıldığını nəzərə çatdırır. O.Haqverdiyev bu illər ərzində müəllimlərin, həkimlərin maaşlarının isə cəmi 10 faiz artırılmasını ədalətsizlik sayır.