XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2016 - 20:12

Qubad İbadoğlu:“Qaz, işıq istifadəçilərinin illik xərci 4 və 2 manat azalacaq”

qubad-ibadoqlu77

“Tarif Şurasının bu günkü iclasında təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat/saatdan 300 kilovat/saata qaldırılıb. Bu o deməkdir ki, normadan artıq qaz istehlak edənlərin illik xərci 4 manat, elektrik enerjisi istehlak edənlərin aylıq xərci 2 manat azalacaq”.

Strateq.az bildirir ki, bu sözləri tanınmış iqtisadçı Qubad İbadoğlu yeni dəyişikliyi şərh edərkən yazıb.  

O xatırladıb ki, Tarif Şurasının əvvəlki qərarını şərh edərkən minimal normanın düzgün müəyyənləşdirilmədiyini qeyd edib: “Hələ o zaman təklif etmişdim ki, elektrik enerjisi üçün minimal norma 300 kilovat/saatdan başlamalıdır. Yeri gəlmişkən, müqayisə üçün onu da qeyd edim ki, Gürcüstanda da bahalı tarif 300 kilovat/saat səviyyəsindən başlayır, Qırğızıstanda isə aşağı tarifin minimum norması 700 kilovat/saatdır”.

Q. İbadoğlunun sözlərinə görə, Tarif Şurasının qərarına korrektə etməsi onu göstərir ki, qaz və elektrik enerjisi üçün differensiallaşma normaları dəyişsə də, qiymətlərin sabit saxlanılması digər enerji bazarında da tarifləri artıracaq.