XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Dekabr 2016 - 23:17

Nazirlikdə yeni struktur bölmə yaradıldı –Təyinat

sahin-2

İqtisadiyyat Nazirliyində yeni struktur bölmə yaradılıb.

Nazirliyin mətbuat xidmətindən Strateq.az-a daxil olan məlumata görə, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 4 oktyabr tarixli qanununa uyğun olaraq, İqtisadiyyat Nazirliyi üzrə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün səlahiyyətli struktur bölmə Daxili nəzarət şöbəsi, müvafiq vəzifəli şəxs isə Nazirliyin Aparat rəhbərinin müavini – Daxili nəzarət şöbəsinin müdiri Ayaz Əliyev müəyyən edilib.

İqtisadiyyat Nazirliyinin digər struktur bölmələrində də korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün səlahiyyətli struktur bölmə və müvafiq şəxs müəyyənləşdiriləcək.