XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 December 2016 - 14:45

Dövlət Gömrük Komitəsi büdcə proqnozuna123,19 % əməl edib

Azərbaycan Gömrük Xidmətinin əsas funksiyalarından biri olan fiskal siyasətin həyata keçirilməsi istiqamətində görülən tədbirlərin nəticəsi olaraq büdcə daxilolmalarının həcmində hər il artım qeydə alınır.

DGK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan gömrüyü hər il olduğu kimi cari ildə də fiskal siyasətin həyata keçirilməsi, idxal-ixrac əməliyyatları üzrə gömrük nəzarətinin təkmilləşdirilməsi, xarici-iqtisadi fəaliyyətdə gömrük tarif tənzimlənməsi və gömrük orqanlarında maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüb.

2016-cı ilin sonuna bir neçə gün qalmasına baxmayaraq, dekabrın 24-nə olan məlumata görə, Dövlət Gömrük Komitəsi cari ildə nəzərdə tutulan 1 milyard 810,0 milyon manat illik büdcə proqnozuna qarşı 2 milyard 229,66 milyon manat gömrük vergi və rüsumunu toplayaraq proqnoza 123,19 % əməl edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 637,8 milyon manat və ya 40,1% artıq deməkdir.

Gömrük Xidməti gələcəkdə də respublikanın iqtisadi inkişafına təkan verməklə ölkənin iqtisadi qüdrətinin artırılmasında, dövlət başçısının həyata keçirdiyi siyasi kursun reallaşmasında, eləcə də büdcə öhdəliyinə dair tapşırıqların yerinə yetirilməsi istiqamətində üzərinə düşən vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarığını əsirgəməyəcək.