XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

26 Dekabr 2016 - 11:20

Komitə bu müəssisələri satışa çıxardı –SİYAHI

emdk

Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərracın zamanı və satışa çıxarılacaq dövlət müəssisələrinin siyahısını elan edib.

Komitədən Strateq.az-a verilən məlumata görə, yanvarın 24-də keçiriləcək hərraca ümumilikdə 60 əmlak olmaqla 20 səhmdar cəmiyyəti, 17 kiçik dövlət müəssisə və obyekti, 17 istifadəsiz qeyri-yaşayış sahəsi, 6 nəqliyyat vasitəsilə çıxarılacaq:

"Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklar paytaxtın Sabunçu rayonu, Sumqayıt, Gəncə şəhəri, Ağsu, Daşkəsən, Lənkəran və digər rayonlarda, istifadəsiz qeyri-yaşayış sahələrinin isə 16-sı Bakıda, 1-i Astarada yerləşir. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılıb. Hərracda yüksək start qiyməti ilə seçilən əmlaklar Zaqatala Barama Toxumu Zavodu, Sumqayıtda 22 saylı mağaza, “Çinar” Soyuducular zavodunun Şəmkir filialıdır. Bu əmlaklar müvafiq olaraq 567 min 500 manat, 435 min 714 manat və 300 min manata təklif olunur. Belə əmlaklar sırasında 184 min manata hərraca çıxarılan Lənkərandakı 2 saylı yanacaqdoldurma məntəqəsi və Daşkəsəndəki Yardımçı təsərrüfat da var.

Budəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, aqrar, nəqliyyat, məişət, inşaat, istehsal, təmir və s. sahələrə aiddir. Hərraca çıxarılan iri müəssisələr sırasında “Ağdaş Quşçuluq”, “Beyləqan Sənaye Kombinatı”, “Goranboy Aqrotexservis”, “Sabirabad Təmir-tikinti”, “Salyan broyler” kimi müəssisələr var.

Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir".