XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2016 - 15:52

“Qazprom” Avropa bazarının üçdə birini ələ keçirdi –Hesabat

qaz

"Qazprom”un Avropa bazarında payı rekord səviyyəyə – 33,5%-ə qədər artıb.

Bu barədə informasiya “Qazprom eksport”un “Blu Fyual” bülletenində yer alıb. Bülletendə şirkətin qaz ixracının bu il 179 milyard kub metr təşkil edəcəyi bildirilib.

Qeyd edək ki, “Qazprom” Avropanın ən böyük qaz təchizatçılarından biridir. Avropa illərdir Rusiyadan asılılığını azaltmağa çalışsa da, böyük uğur əldə edə bilməyib. Köhnə qitə, xüsusilə, asılılığın azaldılması istiqamətində Xəzər və Yaxın Şərqdən qaz tədarükünü artırmağı planlaşdırır.

2016-cı ildə Avropanın qaza olan tələbatı 488 milyard kub metrə çatıb. Keçən il “Qazprom”un Avropa bazarında payı 31% təşkil edib.

Axar.az