XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Dekabr 2016 - 16:53

Energetika Nazirliyində yanacaqla bağlı müzakirə –Hökumətə sənəd göndərildi

nazirler-kabineti

Bu gün Energetika Nazirliyində "Azərbaycan Respublikasının 2017-ci il üçün Yanacaq-Enerji balansı"nın proqnoz göstəricilərinə dair müzakirələr aparılıb.

Energetika Nazirliyindən Strateq.az-a verilən məlumata görə, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, "Azərenerji" ASC və SOCAR-ın nümayəndələrinin iştirakı ilə ölkədə neft-qaz hasilatı, elektrik enerjisinin istehsalı, ixrac-idxal imkanları təhlil edilib və gələn il üçün yanacaq-enerji balansının proqnoz göstəriciləri müəyyənləşdirilib.

Qeyd olunub ki, yanacaq-enerji balansının proqnoz göstəriciləri tərtib olunarkən ölkəmizin enerji resurslarına olan tələbatının tam ödənilməsi, idxaldan asılılığa son qoyulması, enerji təhlükəsizliyinin, yanacaq-enerji kompleksinin etibarlı və fasiləsiz işinin təmin edilməsi kimi daxili enerji siyasətinin mühüm istiqamətləri əsas götürülüb.

Sənədin təsdiq üçün Nazirlər Kabinetinə göndərilməsi qərara alınıb.