XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2016 - 10:25

Azərbaycanda ekoloji təmiz məhsul istehsal edən fermer təsərrüfatları yaradılacaq

erzaq naxci

Azərbaycanda ekoloji təmiz məhsul istehsal edən fermer təsərrüfatlarının formalaşdırılması nəzərdə tutulur.

Bu, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qeyd edilib.

Sənəddə bildirilir ki, ekoloji təmiz kənd təsərrüfatı sahəsində ixtisaslaşmış fermer təsərrüfatlarının yaradılmasının dəstəklənməsi imkanları araşdırılacaq. Araşdırma nəticəsində tədbirin həyata keçirilməsi məqsədəuyğun hesab edilərsə, ilk növbədə kənd səviyyəsində ekoloji təmiz təsərrüfatçılığın fundamental bazisi hesab edilən üzvi gübrələrin sənaye üsulu ilə istehsalı və tətbiqi istiqamətində iş aparılacaq.

Bitkilərin ekoloji təmiz kənd təsərrüfatı üsulu ilə becərildiyi sahələrin genişləndirilməsi üçün həvəsləndirmə tədbirləri görüləcək. Ekoloji təmiz kənd təsərrüfatı istehsalının toxum və əkin materialları ilə təminatı gücləndiriləcək. Ekoloji təmiz kənd təsərrüfatı üzrə pilot təsərrüfatların yaradılması ilə bağlı layihələr həyata keçiriləcək.