XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Dekabr 2016 - 12:01

Ekspert:“Azərbaycanda orta təbəqə yoxdur”

samir eliyev

 “Əgər qiymətləndirmə aparsaq, o zaman məlum olacaq ki, Azərbaycanda orta təbəqə yoxdur. Azərbaycanda kəskin təbəqələşmə var.

Strateq.az bildirir ki, bu barədə ekspert Samir Əliyev azadlıq.info-ya Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlının ölkə əhalisinin 29 faizinin orta təbəqəni təmsil etməsi ilə bağlı açıqlamasını şərh edərkən deyib.

Onun sözlərinə görə, belə ki, az bir kəsim var ki, onların böyük maliyyəsi var: “Böyük bir hissə isə var ki, onların gəliri bir o qədər də yaxşı deyil. Onların maaşları ehtiyaclarına aydan-aya çətinliklə çatır. Artıq həmin təbəqədə də kasıblaşma başlayır. Kiçik və orta sahibkarlıq subyekti olmayan ölkədə orta təbəqə ola bilməz.

Müəllifə görə, inflyasiyanın artması, iş yerlərinin azalması orta təbəqəyə zərbələr vuran başlıca amillərdəndir.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı ölkə əhalisinin 29 faizinin orta təbəqəni təmsil edir. “Dünyada orta təbəqə nümayəndələrinin sayı insanların 14 faizini təşkil edir. Ənənəvi olaraq yüksək gəlirə sahib olan Avropa və Şimali Amerikada bu göstərici 33 və 38 faizə bərabərdir” –deyə R.Aslanlı demişdi.