XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 December 2016 - 14:16

İran Azərbaycana kənd təsərrüfatı torpaqlarından birgə istifadə etməyi təklif edib

erzaq naxci

İran Azərbaycana kənd təsərrüfatı sahəsində əlaqələri genişləndirməyi təklif edir.

Bu sözləri İran-Azərbaycan hökumətlərarası komissiyanın iclasında İranın rabitə və kütləvi kommunikasiyalar naziri Mahmud Vaezi deyib. Nazir deyib: “Azərbaycan və İran kənd təsərrüfatı torpaqlarının birgə istifadəsini inkişaf etdirə, eləcə də kənd təsərrüfatı məhsullarını üçüncü ölkələrə birgə ixracını təşkil edə bilər. Bundan başqa, biz müxtəlif aqrar texnikanı birgə istehsalını təşkil edə bilərik”. Onun sözlərinə görə, hər iki ölkənin bu sahədə böyük imkanları var və kənd təsərrüfatı sahəsində münasibətləri inkişaf etdirmək lazımdır.