XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2016 - 18:09

Qısamüddətli notların yerləşdirilməsi üzrəhərrac keçirilib

Dekabrın 28-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Mərkəzi Bankının 50100952S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 50 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildiriblər ki, hərrac zamanı bir investor tərəfindən bir sifariş təqdim edilib. Sifarişlərin nominal üzrə ümumi məbləği 10,222,700.00 manat təşkil edib. Sifarişlər 98.8475 manat (14.9906 faiz) qiymətində təqdim olunub.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 98.8475 manat (14.9906 faiz), orta ölçülmüş qiyməti 98.8475 manat (14.9906 faiz), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib. Notlar gələn il yanvarın 25-də ödəniləcək.