XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2016 - 18:21

Azərbaycan ilə İsrail müntəzəm sərnişin və yük aviareyslərinin yerinə yetirilməsi üzrərazılığa gəliblər

Azərbaycan ilə İsrail müntəzəm sərnişin və yük aviareyslərinin yerinə yetirilməsi barədə razılığa gəliblər.

Azərbaycan Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən Azərtac-a bildirilib ki, İsrail tərəfinin təklifi ilə dekabrın 26-27-də Tel-Əvivdə Azərbaycan Respublikasının və İsrail Dövlətinin aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Danışıqlar zamanı tərəflər “Azərbaycan Respublikası Höküməti və İsrail Dövləti Höküməti arasında hava əlaqəsi haqqında Saziş” layihəsini razılaşdırıblar.

İki ölkənin aviasiya administrasiyalarının nümayəndə heyətləri həmçinin hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Hər iki ölkənin təyin olunmuş aviaşirkətləri tərəfindən müntəzəm sərnişin və yük aviareyslərinin yerinə yetirilməsi barədə razılığa gəliblər.

Danışıqlarda hər iki ölkənin aviaşirkətlərinin nümayəndələri iştirak ediblər.