XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2016 - 09:59

“YapiKredi Invest” ləğv olunduğunu elan etdi

yapi

"YapiKredi Invest" MMC ləğv olunduğunu elan edib.

Bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 628, Cəlil Məmmədquluzadə küçəsi73G ünvanına bildirə bilərlər. Qeyd edək ki, "YapiKredi Invest" MMC 31 iyul 2007-ci il tarixində Məhdud Məsuliyyətli Cəmiyyət kimi yaradılıb. 2008-ci ilin fevralın 4-dən etibarən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən aldığı broker və diler lisenziyası əsasında müvafiq olaraq broker və diler fəaliyyəti ilə məşğul olub.

 Şirkət eyni zamanda Bakı Fond Birjasının üzvü olub.  Sonuncu göstəriciyə əsasən, MMC-nin nizamnamə kapitalı 110 min manat təşkil edib.