XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Dekabr 2016 - 10:38

Kommunal xidmət sektorunda ÜDM 832 milyon manat artıracaq –Strateji Yol Xəritəsi

kommunal

Kommunal xidmətlər sektoru üzrə nəzərdə tutulmuş prioritetlərin icrası nəticəsində 2020-ci ildə real ÜDM 832 mln. manat artacaq.

Bu, kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulub. (APA)  Sənəddə qeyd olunur ki, kommunal xidmətlər sektorunda bütün dəyər zəncirində 6645 yeni iş yeri yaradılacaq. Bu, 2020-ci ildən sonrakı dövrdə Azərbaycanda iqtisadi dayaqların və kommunal xidmət sektorunun gücləndirilməsinə imkan verəcək.  Nəzərdə tutulan tədbirlərin reallaşdırılması üçün dövlət və özəl mənbələrdən istifadə etməklə, cəmi 8 mlrd. 150 mln. manat investisiya qoyuluşunun tələb olunacağı gözlənilir.