2016-cı il ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 10 milyon manat vəsait köçürülməlidir.
Bunu dekabrın 29-da vergilər nazirinin müavini Sahib Ələkbərov Vergi Məcəlləsinə edilmiş son əlavə və dəyişikliklərin şərhinə həsr edilən mətbuat konfransında deyib.
“2017-ci ildə Vergilər Nazirliyinin xətti ilə büdcəyə 7 milyard 510 milyon manat vəsaitin daxil olması nəzərdə tutulur. Büdcəyə daxilolmaların artması vergi qanunvericiliyində dəyişikliyi zəruri edir”, – deyə nazir müavini qeyd edib.