“azexport.az” “alibaba.com” portalı vasitəsilə Azərbaycan məhsullarına xarici bazarlardan daxil olan tələbə dair infoqrammanı azərbaycanlı iş adamlarına təqdim edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildiriblər ki, infoqrammada əks olunan məlumatlara əsasən, ötən bir ay ərzində portal vasitəsilə Azərbaycandan ən çox 1500-dən çox sorğu ilə şərab və digər içki növləri, 600-dən çox sorğu ilə meyvə və quru meyvələr, 250-dən çox sorğu ilə mebel və 160-dan çox sorğu vasitəsilə dərman bitkiləri və biyan kökü “alibaba.com”da axtarış verilib.
Bu məlumatlar “alibaba.com” saytının statistik göstəriciləri əsasında “azexport.az” saytı tərəfindən hazırlanıb. Məlumatlar “alibaba.com” istifadəçilərinin 20 fərqli ölkədən apardıqları axtarış sorğularına əsaslanır.
Qeyd edək ki, “azexport.az” dünyanın ən nüfuzlu ticarət portallarından biri olan Alibabanın qızıl üzvüdür və əldə olunan razılaşmaya uyğun olaraq “azexport.az” mütəmadi olaraq portalın statistik məlumatları əsasında xarici bazarlara dair azərbaycanlı iş adamlarına analitik məlumatlar təqdim edəcək.