XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

29 Dekabr 2016 - 17:52

Ekspert Natiq Cəfərli:“Dollar satanları tutmaq məhsulları daha sürətlə bahalaşdırır”

natiq-ceferli

İqtisadçı Natiq Cəfərli hüquq-mühafizə orqanlarının «qara bazar»la mübarizəsini dəyərləndirib.

N.Cəfərli yazır ki, Azərbaycan sürətlə Türkmənistana yaxınlaşır:

Xəzərin o tayında 2016-cı ilin yanvarın 1-dən valyutadəyişmə məntəqələri bağlandı. Valyuta satışı, faktiki olaraq, qadağan edildi. Nəticədə rəsmi məzənnə ilə 1 dollar 3.5 manat olduğu halda, «qara bazar»da 1 dollar indi 8 manatdır. Bütün sərt qadağalara, aparılan əməliyyatlara baxmayaraq, «qara bazar» fəaliyyət göstərir. Çünki dünyada iki şeyin – pulun və ideyanın qarşısını almaq mümkün deyil. SSRİ belə bunu bacarmadı.

QALSTUKLU MÜƏLLİMLƏR

İqtisadçı vurğulayır ki, Azərbaycanda hər gün hüquq-mühafizə orqanlarının əməliyyat keçirib 200-300 dollar satanları tutması absurd və gülüncdür: “Belə addımlar həm mal-məhsulların qiymətlərini daha sürətlə bahalaşdırır, həm də məhdud sayda olan xarici investorları ölkədən didərgin salır. Son 2-3 ayda ölkədə onlarla xarici şirkətlərin nümayəndəlikləri bağlanıb.

İqtisadiyyatı idarə edən qalstuklu müəllimlər heç öz sevimli sovet keçmişlərindən də dərs çıxartmırlar…”.

XATIRLATMA

Elə dekabrın 28-i Dövlət Təhlükəsizliyi Xidməti ölkə ərazisində valyuta dövriyyəsində manipulyasiya halları və «qara bazar»la mübarizəyə dair məlumat yaymışdı.

Məlumatda deyilir ki, hər biri 10 milyonlarla ABŞ dolları məbləğində xarici valyuta alqı-satqısını həyata keçirərək, qanunsuz sahibkarlıq yolu ilə külli miqdarda gəlir əldə etmiş 3 mütəşəkkil qrupun silsilə cinayətləri açılıb.